İsmayıllıda ağır yol qəzası baş verib

İsmayıllıda avtomobil qəzası baş verib.

ONN media xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, rayonun Xanagah kəndindən keçən hissəsində olub.

İlkin məlumatla görə, qəza nəticəsində avtomobildə olan bir sərnişin ölüb, digəri yaralanıb.

Faktla bağlı araşdırma aparılır.