ONN İnformasiya Agentliyi

DTX rəhbərliyi Xocalı abidəsini ziyarət edib

DTX rəhbərliyi Xocalı abidəsini ziyarət edib
26 Fevral 2024 - 14:14

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Xocalı abidəsini ziyarət ediblər.

ONN media xəbər verir ki, bu barədə DTX Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bəşər tarixinin ən qanlı faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar DTX rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Bakı şəhərinin Xətai rayonunda soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png