DİQQƏT- Bu Asan Xidmət işləməyəcək

Bakının Yasamal rayonunda yerləşən 3 saylı ASAN Xidmət mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar martın 1-dən bir ay müddətinə bağlanacaq.

Bu barədə ASAN Xidmət mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazır sənədlərini 3 saylı ASAN Xidmət mərkəzindən əldə etməli olan vətəndaşlardan martın 1-dən etibarən 7 saylı Bakı ASAN Xidmət mərkəzinə müraciət etmələri xahiş olunur.