ONN İnformasiya Agentliyi

Baş nazirdən bu şəxslə bağlı sərəncam

Baş nazirdən bu şəxslə bağlı sərəncam
28 Fevral 2024 - 14:57

Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Ərəstü İsa oğlu Həbibbəyli təsdiqlənib.

ONN media xəbər verir ki bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Qeyd edək ki, Ərəstü Həbibbəyli bir neçə il idir sözügedən şöbədə müdir vəzifəsini icra edirdi.

Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışıb, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub. 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi vəzifəsində çalışıb.

Ərəstü Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin oğludur

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png