ONN İnformasiya Agentliyi

Bu çayın xəstəliklərə inanılmaz təsiri

Bu çayın xəstəliklərə inanılmaz təsiri
29 Fevral 2024 - 8:23

Hindistanın məşhur içkilərindən biri olan masala çayının 5 min illik tarixi var. Uzun illər dərman hesab edilən bu çay süd və bəzi ədviyyatlar qarışdırılaraq əldə edilir.

Masala çayı əsrlər boyu Hindistanda və Cənub-Şərqi Asiyada istehlak edilib. Qədim dövrlərdə hər cür ot və ədviyyatla dəmlənən çay zamanla indiki formasını alıb.

Masala çayı tərkibindəki ədviyyatlar sayəsində immunitet sistemini gücləndirən xüsusiyyətlərə malikdir. Bədəndən zərərli toksinləri çıxarmaq üçün əla içkidir. Tərkibindəki antioksidantların bolluğu maddələr mübadiləsini sürətləndirir. Asanlıqla arıqlamaq istəyənlər üçün uyğundur. Masala çayının məlum təsirlərinə stress və gərginliyi azaltmaq da daxildir.

Tərkibi:

– 2 stəkan su;

– 2 stəkan camış südü;

– 2 xörək qaşığı qara çay;

– 5 ədəd mixək;

– 2 ədəd hil;

– 2 ədəd darçın çubuğu;

– 1 çay qaşığı zəncəfil;

– 1-2 ədəd badyan;

– 3-4 ədəd qara istiot dənəsi;

– Yarım çay qaşığı zirə.

Hazırlanması:

Əvvəlcə kiçik bir qazana 2 stəkan su töküb qaynadın. Qaynayan suya qara çayı və daha sonra ədviyyatları əlavə edin. Çay zəif odda 5-8 dəqiqə qaynadıqdan sonra südü əlavə edin. 5 dəqiqə dəmləndikdən sonra çay hazırdır. Çayı belə hazırlamaq əvəzinə apteklərdən hazır şəkildə də alıb istifadə edə bilərsiniz.

Zövqə uyğun olaraq çaya şəkər və ya bal əlavə etmək olar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png