ONN İnformasiya Agentliyi

Kürdəmirdə ağır yol qəzası baş verib

Kürdəmirdə ağır yol qəzası baş verib
29 Fevral 2024 - 22:25

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Skania” markalı iritutumlu yük maşınının sürücüsü Asəf Həsənov Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən rayon sakinini vurub.

Zərbənin nəticəsində piyada elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png