Pakistanın baş naziri təyin olundu

Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.

ONN media xəbər verir ki, bu barədə “PTV Nyus” telekanalı məlumat yayıb.

Parlamentin aşağı palatasının 336 deputatından 201-i Şərifin lehinə səs verib.

Onun rəqibi Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.