ONN İnformasiya Agentliyi

Bakıda 1 nömrəli peşə məktəbinin yataqxanasında acınacaqlı vəziyyət yaranıb

Bakıda 1 nömrəli peşə məktəbinin yataqxanasında acınacaqlı vəziyyət yaranıb
04 Mart 2024 - 11:59

Bakıda peşə məktəbinin həyəti tullantı poliqonuna çevrilib.

Bu barədə Oxu.Az-ın redaksiyasına ünvanlanan şikayətdə qeyd edilib. Vətəndaş iddia edib ki, söhbət paytaxtın Xətai rayonu, Cavanşir küçəsi, 10A ünvanından gedir.

Orada yerləşən 1 nömrəli peşə məktəbinin yataqxanasının həyəti acınacaqlı vəziyyətə düşüb. Redaksiyaya göndərilən kadrlar məişət tullantıları poliqonundan mənzərəni xatırladır.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. İcra hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurumun dəstəyi ilə Turizm və Sosial Xidmətlər Dövlət Bakı Peşə Təhsili Mərkəzi və Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən sözügedən ərazi məişət tullantılarından təmizlənib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png