ONN İnformasiya Agentliyi

Bu ölkə “TikTok”u qadağan edir

Bu ölkə “TikTok”u qadağan edir
06 Mart 2024 - 11:26

ABŞ Konqresinin Nümayəndələr Palatasının qanunvericiləri Çinin “ByteDance” şirkətinə məxsus olan “TikTok” sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıblar.

ONN media xəbər verir ki, bu barədə “The Hill” qəzeti yazıb.

Amerikalıları xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq üçün qanun layihəsi respublikaçı Mayk Qallaher və Demokrat Raja Krişnamurti tərəfindən dəstəklənir.

Sənəddə “ByteDance” və “TikTok” xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlar kimi adlanır.

Nəşrin məlumatına görə, qanun layihəsi Çin şirkətini “TikTok”dan imtina etməyə məcbur edəcək, əks halda bu platforma ABŞ-da qadağan oluna bilər.

Qeyd olunub ki, şirkət “TikTok”dan imtina etməsə, onun ABŞ-da “App” və ya digər platformalar vasitəsilə yayılması qeyri-qanuni olacaq və hətta istifadəçilərin onu yükləməsi qadağan ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png