ONN İnformasiya Agentliyi

Maaşlar bu tarixdə artırılacaq

Maaşlar bu tarixdə artırılacaq
06 Mart 2024 - 14:57

Adətən, yeni ilin ilk rübündə dövlət sektorunda çalışan işçilərin maaş və pensiyalarının indeksləşdirilməsi baş verirdi. Lakin bu ilin yanvarında pensiyaların artımı ilə bağlı qərar verilsə də, maaşların məbləğində hər hansı dəyişiklik olmadı.


Hazırda dövlət sektorunda çalışan bir çox şəxs maaşların artımı ilə bağlı şad xəbər gözləyir. Bəs görəsən 2024-cü il üçün maaş artımı nə vaxt olacaq?Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, maaşların artımı ilə bağlı bu ilin ikinci yarısında nəsə gözləmək olar:“Son bir neçə ildə əməkhaqqıların artırılması ilə bağlı qərar verilirdi. Lakin bu il pensiyaların artımı ilə bağlı qərar verilsə də, maaşla bağlı hələki bir qərar yoxdur. Ölkə başçısı inaqurasiya mərasimində minimum əməkhaqqı səviyyəsinin insanları qane etmədiyini bildirdi. Amma bununla bağlı hansısa addımın atılacağı ilə bağlı hələki konkret tapşırıq yoxdur. Əməkhaqlarının artımı ilə bağlı dəqiq vaxt demək çətindir, ola bilsin ki, ilin ikinci yarısında bununla bağlı qərar verilsin. Ancaq görünən odur ki, yaxın aylarda maaşların artmı ilə bağlı nəsə gözləmək çətindir”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png