ONN İnformasiya Agentliyi

Bu ərazilərə qar yağdı

Bu ərazilərə qar yağdı
08 Mart 2024 - 10:44

Martın 8-i saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 38 sm, Sarıbaşda (Qax) 15 sm, Xınalıqda 6 sm, Qrızda 3 sm, Şahdağda 2 sm, Daşkəsən, Gədəbəy, Qusarda 1 sm olub.

Düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qaxda 12 mm, Şahbuzda 11 mm, Oğuz, Ordubadda 10 mm, Lənkəran, Zaqatalada 8 mm, Kəlbəcər, Şuşa, Cəfərxan, Yardımlı, Qəbələ, Balakən, Naxçıvan, Neftçala, Qobustan, Şərur, Astara, Xınalıq, Qusar, Zərdab, Quba, Beyləqan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Sədərək, Culfa, Göygöl, Naftalan, Gəncə, Ağstafa, İsmayıllı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Altıağac, İmişli, Kürdəmir, Sabirabad, Şirvan, Şabran, Xaltan, Biləsuvar, Cəlilabad, Xaçmaz, Qrız, Şahdağda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metr olub.

Qeyd edilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-də 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (dağlarda 6 dərəcəyədək şaxta), Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png