ONN İnformasiya Agentliyi

“Qarabağ”ın bu futbolçusu həftənin ən yaxşısı ola bilər

“Qarabağ”ın bu futbolçusu həftənin ən yaxşısı ola bilər
08 Mart 2024 - 12:28

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını açıqlayıb.

ONN media qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Olaviyo Juninyo da yer alıb.

Ağdam təmsilçisinin üzvü həftənin ən yaxşısı seçilmək uğrunda “Roma”nın italiyalı yarımmüdafiəçisi Stefan El-Şaaravi, “Marsel”in qabonlu forvardı Pyer-Emerik Obameyanq və “Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunyeslə mübarizə aparacaq.

Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Juninyo martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda “Bayer 04″ə qarşı keçirilən matçda (2:2) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Bayer 04” ilə “Qarabağ” arasında cavab oyunu martın 14-də Almaniyanın Leverkuzen şəhərində keçiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png