ONN İnformasiya Agentliyi

Baş gicəllənməsinin səbəbi nədir?

Baş gicəllənməsinin səbəbi nədir?
09 Mart 2024 - 8:05

Aritmiya ürəyin normal ritminin pozulmasıdır. Bu istənilən sağlam insanda da yarana bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, kardioloq Aleksandra Staroverova aritmiyanın adi yorğunluq verə bildiyini açıqlayıb.

“Aritmiya ürək ritminin müntəzəmlik və tezliyinin pozulmasıdır. Bu pozulma ilə hətta ən möhkəm və sağlam insanlar da rastlaşa bilər. Aritmiyanın yaranma səbəbi heç də həmişə patoloji olmur. Amma o təkrarlanırsa, mütləq müayinə olunub, riskli durumları müəyyən etmək lazımdır.

Aritmiyanın simptomları – başgicəllənmə, zəiflik, sinədə sıxılma, döyüntü, döş qəfəsində sanki vurğu, huşun dumanlanması və itməsi ola bilər.

Aritmiya ürək patologiyası ilə əlaqəli olduqda təhlükəlidir. Bunlara işemiya, miokardit, mədəciklərin fibrilyasiyası aiddir. Eyni zamanda zob, depressiya və stresdə aritmiya olur”, – kardioloq qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png