Pakistanın baş naziri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan və Pakistan xalqları arasında unikal dostluq bağları var.

ONN media xəbər verir ki, bunu Pakistan Baş naziri Şahbaz Şərif X hesabında yazıb.

O, təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Qeyd edək ki, Ş.Şərif martın 3-də növbəti dəfə hökumət başçısı seçilib. Prezident İlham Əliyev martın 4-də Ş.Şərifi təbrik edib və onu Azərbaycana səfərə dəvət edib.