ONN İnformasiya Agentliyi

İtlərin hücum etdiyi uşağın son halı açıqlandı

İtlərin hücum etdiyi uşağın son halı açıqlandı
11 Mart 2024 - 15:48

Qobu yaşayış massivində küçə itlərinin hücumu nəticəsində ciddi xəsarət alan azyaşlının səhhətində müsbət dinamika müşahidə olunur. Müsbət dinamika dedikdə, təhlükəli mərhələnin yarısını keçməyi nəzərdə tuturuq.

Bu sözləri Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd deyib.

Onun sözlərinə görə, xəstə reanimasiyadan çıxıb və müalicəsi palatada davam etdirilir:

“Təhlükəli həddi aşıb. Səhhətində irəliləyiş var. Danışır. Yaxşılaşma halı müşahidə olunur”.

Qeyd edək ki, martın 3-ü saat 17:37 radələrində “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında azyaşlı küçə itlərinin hücumuna məruz qalıb. Ağır və ciddi xəsarət alan xəstə Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Bir həftəyə yaxındır Mərkəzin reanimasiya şöbəsində müalicə olunan xəstə bu gün palataya köçürülüb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png