ONN İnformasiya Agentliyi

Bakı bunun öhdəsindən gələcək- Tokayev

Bakı bunun öhdəsindən gələcək- Tokayev
11 Mart 2024 - 18:52

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan dövlətinin və onun diplomatiyasının böyük tarixi nailiyyətidir.

ONN media Qazaxıstan Prezident Administrasiyasına istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu gün Bakıda keçirilən Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının 1-ci iclasında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət səviyyəsi kifayət qədər yüksəkdir:

“COP29-da iştirak dəvətini böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Sammit mövcud iqlim problemlərinin həlli və qlobal əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı bu işin öhdəsindən sözsüz ki, gələcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png