Dünya brendindən Rusiyaya böyük zərbə

Moskva vilayətinin Arbitraj Məhkəməsi IKEA mebel brendini cəzalandırıb.

Məhkəmə Federal Vergi Xidmətinin regionlararası müfəttişliyinin Rusiyanı tərk edən mebel konserninin strukturlarından biri – “Torq” MMC ilə bağlı ərizəsini təmin edib.

Belə ki, məhkəmə “Torq” MMC-dən “Fami Limited”ə (İrlandiya) pul köçürmə əməliyyatını etibarsız sayaraq, 12,9 milyard rublun (təxminən 242 milyon manat) dövlətin xeyrinə müsadirə edilməsinə qərar verib.

Məhkəmə həmçinin qeyd edib ki, “Torq” MMC-nin daşınar və daşınmaz əmlakına, o cümlədən banklarda və digər kredit təşkilatlarındakı vəsaitlərinə, əqli mülkiyyət obyektlərinə də həbs qoyulub.