ONN İnformasiya Agentliyi

“Qalatasaray”da yeni transfer olub?

“Qalatasaray”da yeni transfer olub?
12 Mart 2024 - 18:15

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Qalatasaray” Superliqadakı çıxışı ilə bəyənilən futbolçu üçün hərəkətə keçib.

ONN media-nın xəbərinə görə, bu barədə “Takvim” məlumat yayıb.

“Sarı-qırmızılılar”ın bu mövsüm “Alanyaspor”da göstərdiyi performansla diqqətləri üzərinə çəkən Oğuz Aydını gündəminə gətirdiyi qeyd olunur.

Baş məşqçi Okan Burukun da onu heyətində görmək istədiyi bildirilib.

Sol cinah müdafiəçisinin meneceri ilə qısa zamanda əlaqə saxlanacağı da xəbərlər arasındadır.

Mövsümün sonuna qədər klubun həm futbolçu, həm də klubu ilə danışıqlara başlayacağı qeyd olunur.

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm 30 matçda meydana çıxıb. O, 7 qol vurub, 5 məhsuldar ötürmə edib. Oğuzun hazırki klubu ilə müqaviləsi 2026-cı ildə başa çatacaq.

Onu da bildirək ki, Superliqada çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” lider kürsüsündə əyləşib. Klub 78 xalla liqanın zirvəsindədir.

“Sarı-qırmızılılar” əzəli rəqibi “Fənərbağça” 76 xalla ikinci pillədə qərarlaşıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png