ONN İnformasiya Agentliyi

Bayden sərhədləri aşdı: ABŞ səfiri nazirliyə çağırıldı

Bayden sərhədləri aşdı: ABŞ səfiri nazirliyə çağırıldı
13 Mart 2024 - 10:28

ABŞ prezidenti Co Baydenin Macarıstan lideri Orbanı “diktator” adlandırmasından sonra ABŞ səfiri Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

ONN media xəbər verir ki, bunu Macarıstanın Xarici işlər naziri Peter Szijjarto bildirib

“Baydenin Macarıstanın baş naziri Viktor Orbanın diktaturaya meyil etməsi ilə bağlı açıqlamalarından sonra ABŞ-ın Macarıstandakı səfiri David Pressman Xarici İşlər Nazirliyinə çağırılıb”, – məlumatda deyilir.

Bu açıqlamalardan sonra ABŞ-Macarıstan münasibətlərində gərginlik artıb. Szijjarto Baydenin açıqlamasını yalan və çox ciddi təhqir kimi qiymətləndirib: “Prezidentin və demokratik administrasiyanın bu düşüncə tərzi ikitərəfli əlaqələrimiz üzərində ağır bir yük yaradır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png