ONN İnformasiya Agentliyi

Mbappe kababxananı məhkəməyə verir – Qəribə səbəb

Mbappe kababxananı məhkəməyə verir – Qəribə səbəb
14 Mart 2024 - 9:53

PSJ-nin hücumçusu Kilian Mbappe Marseldəki kababxananı məhkəməyə vermək istəyir.

ONN media xəbər verir ki, bu barədə Fransanın “RMC Sport” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçunun vəkilləri müəssisənin Kilianın icazəsi olmadan onun adından kommersiya məqsədləri üçün istifadə etdiyini müşahidə ediblər. Belə ki, kabab mağazasının menyusunda “Mbappenin kəllə sümüyü kimi” təsviri olan kabab var.

Qeyd olunur ki, menyuda adı hallanan təkcə Mbappe deyil. Məsələn, müəssisə Fransa millisinin sabiq yarımmüdafiəçisi Dimitri Payetə həsr olunmuş kabab hazırlayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png