ONN İnformasiya Agentliyi

Bakı-Budapeşt təyyarəsini uçmadı- GÜLÜNC SƏBƏB

Bakı-Budapeşt təyyarəsini uçmadı- GÜLÜNC SƏBƏB
14 Mart 2024 - 11:21

“VizzEyr” şirkətinin Bakıdan Macarıstanın paytaxtı Budapeştə “Eyrbus A321” təyyarəsi ilə həyata keçirməli olduğu reys texniki səbəblərdən gecikir.

ONN media xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Məlumata görə, Budapeştdən gələn təyyarəyə baxış zamanı mühərriklərdən birinə quşun daxil olduğu aşkarlanıb. Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə reys təxirə salınıb.

Reys barədə əlavə məlumat əldə etmək üçün sərnişinlər aviadaşıyıcıya müraciət edə bilərlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png