ONN İnformasiya Agentliyi

Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq
14 Mart 2024 - 18:25

Sabah Göygöl, Şəmkir və Sabirabad rayonlarında qaz təchizatında fasilə yaranacaq.

Bu barədə ONN media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Göygöl rayonunun Yeni Qızılca kəndində fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsi, Şəmkir rayonu ərazisində daşıyıcı yeraltı qaz xəttində Təmiz Qaz QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğvi, Sabirabad rayonunun kəndlərini təbii qazla təmin edən “Qaraqaşlı-Narlıq” yeraltı qaz kəmərinin korroziyaya uğramış hissəsinin dəyişdirilməsi məqsədi ilə martın 15-də saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-bərpa işləri aparılan müddətdə Göygöl rayonunun Qızılca, Yeni Qızılca, Bəhrambəy, Sərkar və Haçaqaya kəndlərinin, Şəmkir rayonunun Kür, Səməd Vurğun qəsəbələrinin, Qapanlı, Yeni Abad kəndlərinin, eləcə də Sabirabad rayonunun Həsənli, Balvar, Qaralı, Cavad, Zəngənə, Əlicanlı, Türkədi, Yolçubəyli, Narlıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png