ONN İnformasiya Agentliyi

“Qarabağ” “Bayer”ə məğlub oldu

“Qarabağ” “Bayer”ə məğlub oldu
15 Mart 2024 - 8:24

“Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.

ONN media xəbər verir ki, Azərbaycan çempionu Almaniyada “Bayer”in qonağı olub.

“BayArena” stadionunda oynanılan görüş Leverkuzen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində hesabı 58-ci dəqiqədə Abdullah Zubir açıb. “Köhlən atlar” 62-ci dəqiqədə meydanda azlıqda qalıblar. Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 67-ci dəqiqədə Olavio Juninyo rəqibi növbəti dəfə cəzalandırıb. Meydan sahiblərindən Ceremi Frimponq 72-ci dəqiqədə fərqi minimuma endirib. Matçın yekun nəticəsini isə 90+3 və 90+7-ci dəqiqələrdə dubla imza atan Patrik Şik müəyyənləşdirib.

Səfərdəki ilk matçda Ağdam klubu ilə 2:2 hesablı heç-heçə edən “Bayer” iki görüşün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanıb. “Qarabağ” isə Avropa Liqasında mübarizəni dayandırıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png