Hakan Fidan Azərbaycana səfərə gəlib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda səfərdədir.

ONN media xəbər verie ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, türkiyəli diplomat dünən Bakı vaxtı ilə saat 23:55-də çatıb.

Nazir Fidan bu gün Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.

Həmkarları ilə ikitərəfli görüşlər keçirəcək Fidanın 11-ci Qlobal Bakı Forumunda iştirakı gözlənilir.