ONN İnformasiya Agentliyi

Hərbçilərə yeni mənzillər verilib

Hərbçilərə yeni mənzillər verilib
16 Mart 2024 - 10:47

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrdə qüsursuz xidmət etmiş hərbi qulluqçulara yeni mənzillər təqdim edilib.

ONN media xəbər verir ki, təqdimatda Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi, Daimi Mənzillərin Verilməsi Komissiyasının sədri polkovnik Elçin Əliyev, Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov və digər vəzifəli şəxslər iştirak ediblər.

“Hərbi qulluqçulara dövlət hesabına daimi mənzillər verilir. Ötən il hərbçilərə 473 mənzil verilib. Həmin mənzillər püşkatma yolu ilə hərbi qulluqçuların arasında bölünüb. Bu il tam sənədləşdirilərək Prezident İlham Əliyevin tapşırığı ilə Novruz bayramı ərəfəsində həmin mənzillərin açarları təqdim olunur.

Azərbaycan Ordusunun rəhbərliyi və şəxsi heyətinin adından dövlətimizin başçına minnətdarlığımızı bildiririk. Onun qayğısını həmişə hiss edirik”, – polkovnik Elçin Əliyev deyib.

Qeyd edək ki, mərasimdə 160-dan çox şəxsə mənzillərin sənədləri təqdim olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png