Rəsmi Moskvadan İrəvana növbəti xəbərdarlıq

Təmaslar zamanı Moskva Qərb dövlətlərinin İrəvanı antirusiya kursuna cəlb etməsini müzakirə edir, Ermənistana risklər barədə xəbərdarlıq edilir.

ONN media xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova “RİA Novosti”yə açıqlamasında deyib.

O əlavə edib ki, Moskvanın bəzi arqumentlərini Ermənistan qəbul edib, hətta müəyyən tədbirlər də görülüb.

Zaxarovanın sözlərinə görə, Moskva səmimiyyətlə Ermənistanın öz suverenliyini qoruyub saxlamasını və milli maraqlara əsaslanan siyasət yürütməsini istəyir.