ONN İnformasiya Agentliyi

Silahlı şəxslər 3 nəfəri öldürdü

Silahlı şəxslər 3 nəfəri öldürdü
16 Mart 2024 - 19:54

ABŞ-nin Pensilvaniya ştatının Folls Taunşip yaşayış məntəqəsində silahlı şəxsin hücumu nəticəsində 3 nəfər həlak olub.

ONN media xəbər verir ki, bu barədə “Fox 29” telekanalı məlumat yayıb.

Bildirilib ki, üzərində silah olan 29 yaşlı Andre Qordon oğurlanmış avtomobillə şəhər ətrafında hərəkət edərək müxtəlif yerlərə atəş açıb.

İlk atışma Müqəddəs Patriarx Günü tədbirinin keçirildiyi yerin yaxınlığında baş verib. Təşkilatçılar tədbiri ləğv etməyə məcbur olublar.

Polis yerli sakinləri cinayətkarın axtarışı davam etdiyi müddətdə evlərinə qapanmağa və çölə çıxmamağa çağırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png