ONN İnformasiya Agentliyi

Lars yolu yenidən bağlandı

Lars yolu yenidən bağlandı
16 Mart 2024 - 21:44

Gürcüstandan Rusiya sərhədinə gedən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.

ONN media xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil Yolları Departamenti məlumat yayıb.

Buna ölkənin əksər bölgələrinə güclü qar yağması, görmə məsafəsinin azalması və yolların buz bağlaması səbəb olub. Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, qar uçqunu riski yüksəkdir.

Yerli sakinlərin sözlərinə görə, hazırda beynəlxalq avtomagistralda 500-dən çox avtomobil dayanıb.

Yerli polis sürücülərə və yolda qalan digər insanlara yardım göstərir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png