AZAL-dan Rusiyaya uçan təyyarə ilə bağlı açıqlama

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar Şeremetyevo aeroportuna enib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 12:15-də Şeremetyevo hava limanına uğurla eniş edib.

Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.

***

Domodedovo” hava limanının müvəqqəti bağlanması ilə əlaqədar Şeremetyevoda enən “Azərbaycan Hava Yolları”nın təyyarəsi Domodedovo aeroportuna yola düşüb və Bakı vaxtı ilə saat 16:13-də orada eniş edib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.