ONN İnformasiya Agentliyi

Əhaliyə XƏBƏRDARLIQ – Martın 20-si gecə 3-dən etibarən…

Əhaliyə XƏBƏRDARLIQ – Martın 20-si gecə 3-dən etibarən…
19 Mart 2024 - 14:59

Sabah paytaxt Bakıda zəif və az səviyyəli geomaqnit qasırğası müşahidə olunacaq.

ONN media xəbər verir ki, zəif səviyyəli qasırğa bu gecə saat 3-dən etibarən hiss edilməyə başlayacaq, səhər saat 9-a qədər davam edəcək.

Həmçinin, martın 20-si günorta 12:00-da az səviyyəli geomaqnit qasırğası başlayacaq, 15:00-a qədər davam edəcək. Saat 18:00-da səngiyəcək.

Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png