Azərbaycan ordusunun zabiti silahla özünü öldürdü

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti Şəhriyar Nizami oğlu Musayev odlu silahdan istifadə etməklə özünü öldürüb. 

ONN media-nın sorğusuna cavab verən Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, bu barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.