ONN İnformasiya Agentliyi

DİQQƏT- Uşaqların təxliyyəsinə başlanıldı

DİQQƏT- Uşaqların təxliyyəsinə başlanıldı
22 Mart 2024 - 15:18

Rusiyanın Belqorod vilayətinin atəşə tutulan rayonlarından olan uşaqların ilk qrupu sağlamlıq düşərgələrində dincəlmək üçün Penzaya yola salınıb.

Bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

“Bu gün biz uşaqlarımızın ilk qrupunu Penzaya göndərdik. Qrayvoron və Şebekino şəhər dairələrindən, Belqorod rayonundan, həmçinin Belqorod şəhərindən olan oğlan və qızlar uşaq sağlamlıq düşərgələrinə istirahətə yollandılar”, – deyə o bildirib.

Qladkov vurğulayıb ki, uşaqlar və onları müşayiət edən şəxslər, o cümlədən həkimlər, müəllimlər və regional Təhsil Nazirliyinin nümayəndələri üçün ayrıca qatar ayrılıb. Səfər müddətində uşaqlar tam şəkildə isti yeməklərlə təmin olunacaqlar.

Qubernator köməyə görə Penza vilayətinin rəhbəri Oleq Melniçenkoya minnətdarlığını bildirib. “Biz razılaşdıq ki, hələlik uşaqlar üç həftə müddətinə qəbul olunacaq, lakin lazım gələrsə və valideynlər razılıq verərsə, cari tədris ilinin sonuna qədər tətil uzanacaq”, – deyə o əlavə edib.

Xatırladaq ki, Belqorod vilayətinin hakimiyyət orqanları doqquz minə yaxın uşağın digər bölgələrə təxliyə edilməsi ilə bağlı qərar verib. Buna səbəb bölgənin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulmasıdır. Martın 22-də 1,2 min uşağın Penza, Tambov və Kaluqaya, daha sonra Stavropol diyarına yola salınması nəzərdə tutulub

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png