ONN İnformasiya Agentliyi

Məşhur Şuşa həbsxanası sökülür?

Məşhur Şuşa həbsxanası sökülür?
22 Mart 2024 - 18:57

Şuşa həbsxanasının sökülməsinə dair sosial şəbəkədə yayılan görüntülər həqiqəti əks etdirmir.

ONN media xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Səmayə Məmmədova məlumat yayıb.

Onun sözlərinə görə, haqqında bəhs edilən görüntülər köhnə kadrlar əsasında hazırlanıb:

“Bu görüntülər reallığı əks etdirmir. Şuşa həbsxanası tarixi abidədir. Orada söküntüdən heç bir söhbət gedə bilməz. Kadrlardan da göründüyü kimi, orada söküntü prosesini özündə əks etdirən heç bir məqam yoxdur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png