Konsert zalında atışma olub- ÖLƏNLƏR VAR

Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda baş verən atışmada ölənlərin sayının 15-ə, yaralananların sayının isə 50-yə çatdığı bildirilib.

Bu barədə “Readovka” “Telegram” kanalı məlumat yayıb.

“Mash” “Telegram” kanalı ilə konsert salonunda partlayış baş verdiyini, tavanın çökdüyü barədə məlumat yayıb.

“Mash” eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntülərini də yayıb.

21:42

Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb.

Bu barədə “Ostorojno, novosti”, “Baza” və “Mash” “Telegram” kanalları məlumat verib.

“Baza”nın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.