ONN İnformasiya Agentliyi

Terror aktı nəticəsində ölənlərin sayı 130-a çatdı

Terror aktı nəticəsində ölənlərin sayı 130-a çatdı
23 Mart 2024 - 9:22

Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti Holl” kompleksində atışma baş verib.

ONN media xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

İlkin məlumata görə, atışma nəticəsində 12 nəfər ölüb və 35 nəfər yaralanıb.

Atışma “Piknik” qrupunun konsertindən əvvəl başlayıb.

***

Rusiya mətbuatının məlumatına görə, kamufulyaj geyinmiş 3 naməlum şəxs ətrafdakılara atəş açıb.

Atışmanın baş verdiyi kompleksdə partlayış səsləri eşidilib və yanğın başlayıb.

Bildirilib ki, yanğınsöndürənlər binadakı yanğına və orada qalan insanların xilas edilməsinə başlaya bilmir, xüsusi təyinatlıları gözləyir.

***

Moskvada “Krokus Siti Holl” kompleksində baş vermiş atışma nəticəsində 40 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.

Bu barədə FSB məlumat yayıb.

***

Rusiyanın 112 Teleqram kanalının məlumatına görə, ölənlərin sayı 130-a çatıb.

***

“Krokus Siti Holl” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində 115 nəfər xəsarət alıb.

Bu barədə operativ qərargah məlumat yayıb.

Rusiya İstintaq Komitəsinin son məlumatlarına görə, ən azı 60 nəfər ölüb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png