ONN İnformasiya Agentliyi

Terrorçulardan biri etiraf etdi- KİM SİFARİŞ EDİB?

Terrorçulardan biri etiraf etdi- KİM SİFARİŞ EDİB?
23 Mart 2024 - 14:15

“Krokus Siti Holl”da terakt törədən 4 nəfər yaxalanıb.

ONN media xəbər verir ki, terrorçulardan birinin yaxalanarkən etirafları sosial şəbəkələrdə yayılıb.

O bildirib ki, tanımadığı şəxs tərəfindən təxminən bir ay əvvəl sifariş alıb: silahları sifarişçilər tədarük edib, hücum ediləcək yerin – “Krokus”un xəritəsi və şəkli göndərilib.

Sifarişə əsasən, qarşılarına çıxanları öldürmək müqabilində 500 min rubl təklif ediblər.

Terrorçunun sözlərinə görə, vəd edilən pulun yarısını onlayn formadaalıb, kartına yüklənib, yarısını isə teraktdan sonra alacaqmış.

Terrorçu deyir ki, onunla Teleqramda adı, soyadı göstərilməyən “vaiz köməkçisi” danışıb.

Yaxalanan terrorçu adını da açıqlayıb – Faudinov Şamsadin, 1998-ci il təvəllüdlü.

Qeyd edək ki, bundan öncə saxlanıldığı bildirilən terrorçular arasında bu adlı şəxs yoxdur.

Xatırladaq ki, ötən gün “Krokus Siti Holl”da baş verən teraktda 115 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi məlumatda isə ölənlərin sayının 130-u keçdiyi bildirilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png