ONN İnformasiya Agentliyi

Daha bir ölkədə matəm elan olundu

Daha bir ölkədə matəm elan olundu
23 Mart 2024 - 21:12

Serb Respublikası Prezidenti Milorad Dodik Rusiya xalqı ilə həmrəylik əlaməti olaraq martın 24-nün matəm günü elan ediləcəyini açıqlayıb.

ONN media xəbər verir ki, bu barədə o , “X” sosial şəbəkəsində yazıb.

O vurğulayıb ki, bu yolla respublika terror aktı nəticəsində həlak olan rusların xatirəsini ehtiramla yad etmək, eləcə də dost Rusiya xalqı ilə həmrəylik nümayiş etdirmək niyyətindədir

Bundan əvvəl Avropa Parlamentinin (AP) rəhbəri Roberta Metsola Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında törədilən terror aktını pisləyib. O, terror aktı zamanı yaralananların tezliklə sağalmasını arzulayıb, həmçinin, fikirlərinin həlak olanların yaxınlarının yanında olduğunu bildirib

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png