Naxçıvanda ağır yol qəzası baş verib

Naxçıvan-Sədərək magistralında yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb.

ONN media xəbər verir ki, hadisə Şərur rayonunun Püsyan kəndi ərazisində baş verib.

Yüksək sürətlə hərəkət edən “Mersedes” markalı minik avtomobili idarəetməni itirərib və yoldan çıxaraq aşıb. Nəticədə Şərur rayon Aralıq kənd sakinləri, 1953-cü il təvəllüdlü Gülnaz Qələndər qızı Həsənova, 1970-ci il təvəllüdlü Pünhan Həsənov oğlu Rzayev və 1987-ci il təvəllüdlü Səyyarə Hidayət qızı Həsənova xəsarət alıblar.

Xəsarət alanlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. P.Rzayevin vəziyyəti ağır, digər iki sərnişinin vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.