Millimizin futbolçusu zədələndi

Azərbaycan milli komandasının futbolçusu Vüsal İsgəndərli ötən gün baş tutan məşqdə zədələnib.

ONN media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən futbolçunun adı “FIFA series – Edition 2024” layihəsi çərçivəsində millimizin Bolqarıstan yığması ilə keçirəcəyi oyunun sifariş ərizəsinə salınmayıb.

Qeyd edək ki, oyun bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.