Xocalıya ilk köçün tarixi açıqlanıb

Erməni işğalından azad olunan Xocalı rayonuna ilk köç bu ilin may ayında olacaq.

ONN media xəbər verir ki, bunu report-a açıqlamasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov deyib.

O bildirib ki, hazırda Xocalıda tikinti və abadlıq işləri həyata keçirilir: “Hazırda 500-ə qədər evdə bərpa işləri aparılır. May ayında ilkin olaraq 50 ailənin Xocalıya köçürülməsi nəzərdə tutulur”.