“Ömer”in final tarixi açıqlandı 

Türkiyənin reytinqli layihələrdindən olan “Ömer” serialı final edəcək.

ONN media Türkiyə KİV-ə istinadən xəbər verir ki, sevilərək izlənilən ekran işi 54-cü bölümdə tamaşaçılarla vidalaşacaq.

Bu bölüm 6 may tarixində yayımlanacaq.

Serialın yayımlandığı “Star TV” kanalı gözlənilməz addım ataraq belə bir qərara gəlib.