ONN İnformasiya Agentliyi

Azərbaycanda “Prius”ları bu maşınlar əvəzləyəcək 

Azərbaycanda “Prius”ları bu maşınlar əvəzləyəcək 
30 Mart 2024 - 15:41

Bir neçə gün əvvəl Nazirlər Kabinetinin taksilər barədə məlum qərarından sonra kütləvi surətdə satışa çıxarılan “Prius”ları əvəzləyəcək maşın modeli məlum olub.

ONN media xəbər verir ki, bir neçə gündür maşın alqı-satqısı üzrə ixtisaslaşmış saytlarda istehsal ili 2016-cı ilə qədər olan “Prius”ların satış elanları çoxalıb. Taksi xidməti göstərən maşınların dəyər-dəyməzə satılması fonunda digər bir modelin sifarişləri isə elə həmin saytlarda artıb. Söhbət “Toyota Korolla Fielder” modelindən gedir.

Hibrid mühərriklə təchiz olunmuş “Fielder”ə hazırda Bakının küçələrində rast gəlmək mümkündür. Ehtimal edilir ki, istehsal tarixi “Prius”la müqayisədə daha təzə olan “Fielder”lərin tezliklə ölkəyə kütləvi axını gözlənilir. Çünki xaricdən maşın gətirən şirkətlərin nümayəndələri və fiziki şəxslər məhz “Fielder”lərin sifarişlərinin kəskin artdığını bildiriblər.

Qeyd edək ki, yeni qərara əsasən, bu il iyulun 1-dən etibarən istehsal ili 8 ildən çox olan avtomobillər taksi xidməti göstərə bilməyəcəklər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png