ONN İnformasiya Agentliyi

Pakistanda bomba partladı- ÖLƏNLƏR VAR

Pakistanda bomba partladı- ÖLƏNLƏR VAR
30 Mart 2024 - 21:27

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərinin şimal-şərqində yerləşən Ernai rayonunda bomba partlayıb.

ONN media xəbər verir ki, bu barədə AP nəşri ölkə polisinə istinadən məlumat yayıb.

Ernai komissarının müavini Caved Domki bildirib ki, əldəqayırma partlayıcı qurğu “Mari Petroleum”dan bir qrup qaz kəşfiyyatı apararkən partlayıb. Partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Partlayış nəticəsində 1 nəfər ölüb, 3-ü hərbçi olmaqla 14 nəfər yaralanıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png