Rusiyada böyük zavod yanır

Rusiyanın Moskva vilayətinin Xotkov şəhərində yerləşən “Elektroizolit” zavodunda yanğın başlayıb.

ONN media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, zavodunun korpuslarından birində başlayan yanğın 150 kvadratmetr ərazidə lokallaşdırılıb. Dam örtüyü yanmağa davam edir.

Binadan 4 nəfər təxliyə olunub.

Qeyd edək ki, “Elektroizolit” çoxprofilli elektrotexniki sənaye zavodudur, əsasən izolyasiya materialları istehsal edir