ONN İnformasiya Agentliyi

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq
02 Aprel 2024 - 9:46

Bərdənin və paytaxtın Binəqədi rayonunun bir hissəsinin qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan verilən məlumata görə, “Bərdə” ölçü qovşağından qidalanan Divanlı kənd məktəbinin qaz xətlərinin şəbəkəyə qoşulması, həmçinin, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində “COP-29” Proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 02.04.2024-ci il tarixdə saat 10:00-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, eləcə də, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png