ONN İnformasiya Agentliyi

Mina partlayışı zamanı xəsarət alanlarla bağlı XƏBƏR VAR

Mina partlayışı zamanı xəsarət alanlarla bağlı XƏBƏR VAR
02 Aprel 2024 - 17:28

Tərtərdə mina partlayışı nəticəsində xəsarət alan 3 nəfərdən birinin hər iki ayağı amputasiya edilib.

Yaralılardan biri İsmayılov Polad Alış oğlu Tərtər Rayon Mərkəzi Xəstəxanasına, vəziyyəti nisbətən ağır olan digər 2 şəxs isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***16:40

Aprelin 2-də Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

Xəbərə görə, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png