ONN İnformasiya Agentliyi

Polşada güclü qasırğa baş verib- ÖLƏNLƏR VAR

Polşada güclü qasırğa baş verib- ÖLƏNLƏR VAR
02 Aprel 2024 - 18:27

Polşada qasırğa nəticəsində beş yerli sakin həlak olub.

Bu barədə Malopolska voyevodalığının yanğınsöndürmə briqadasının nümayəndəsi kapitan Hubert Çepla məlumat verib.

Qeyd olunub ki, qasırğa ölkənin cənub bölgəsində baş verib.

Verilən məlumata görə, ikisi uşaq olmaqla ümumilikdə beş nəfər ölüb.

“Onların hamısı qasırğa küləyinə görə yıxılan ağacların altında ölüb”, – deyə Şepla vurğulayıb.

Ölkədə xilasetmə funksiyalarını yerinə yetirən bütün yanğınsöndürən dəstələri 140 dəfə hadisə yerinə gediblər. Qasırğa zamanı küləyin sürəti saatda 130 kilometrə çatıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png