ONN İnformasiya Agentliyi

Rusiya Tatarıstana zərbə endirdi- ŞOK QƏRAR

Rusiya Tatarıstana zərbə endirdi- ŞOK QƏRAR
02 Aprel 2024 - 21:25

Tatarıstanın Yelabuqa və Nijnekamsk şəhərlərinə hücum edən pilotsuz təyyarələr Mərkəzi Asiya respublikalarından birinin ərazisindən buraxıla bilərdi.

ONN media xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev bildirib.

Onun sözlərinə görə, mütəxəssislər dronların uçuş trayektoriyasını izləməklə bunu öyrənməlidirlər:

“Onların Ukrayna ərazisindən buraxılması faktı yoxdur. Bizim Orta Asiya respublikaları da var ki, bu, tamamilə mümkündür”.

O əlavə edib ki, Tatarıstana ən yaxın olan Mərkəzi Asiya Respublikası Qazaxıstandır və mümkündür ki, nəzarətsiz ərazidən PUA-lar buraxılıb.

Qeyd edək ki, bu gün Ukraynanın PUA hücumu nəticəsində “Şahid” PUA-larının yığıldığı zavodda partlayış baş verib, eyni zamanda neftayırma zavodu vurulub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png