ONN İnformasiya Agentliyi

İranın yük təyyarəsi İrəvana nə daşıyır?

İranın yük təyyarəsi İrəvana nə daşıyır?
05 Aprel 2024 - 8:18

İran Hava Yollarına məxsus Boinq-747 yük təyyarəsi 29 martdan 4 aprel tarixinə qədər 5 dəfə İrandan İrəvana gəlib.

ONN media bu barədə təyyarə uçuşları haqda məlumatın əks olunduğu “Flightradar24”-ə istinadən xəbər verir.

İR4705 bort nömrəli təyyarə 29 martda 12:10-da, 30 martda 14:03-də, 2 apreldə 05:48-də, 3 apreldə 07:32-də, 4 apreldə 12:29-da İrəvana uçub.

Səfərlərin üçünün Təbriz yaxınlığından – Sarabdan, ikisinin isə Tehrandan həyata keçirildiyi radarlarda əksini tapıb.

Ehtimal edilir ki, təyyarə SEPAH-ın Sarabdakı hərbi bazasından qalxıb.

Belə ki, bu təyyarə əvvəllər İran İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) istifadəsində olub. Hava nəqliyyatı əsasən silah daşımaq üçün istifadə edilib.

Onun İrəvana nə daşıdığı haqda məlumat yoxdur

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png