ONN İnformasiya Agentliyi

Yunus Oğuz “Qızıl ulduz” medalına layiq görüldü

Yunus Oğuz “Qızıl ulduz” medalına layiq görüldü
05 Aprel 2024 - 20:59

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası 2023-cü ilin nəticələrinə görə  Azərbaycan təmsilçilərindən həmin Akademiyanın “Türk Dünyasında İlin Ziyalısı” Beynəlxalq Diplomu və “Qızıl Ulduz” Medalı ilə təltif edilmək üçün namizəd istəyib.
ONN media xəbər verir ki, müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin inkişafındakı xidmətlərini nəzərə alaraq, hər iki nominasiya üçün Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, yazıçı-publisist Yunus Oğuz namizəd seçilib.
Qeyd edək ki, məlumatı Azərbaycan Təmsilçisi Elçin İskəndərzadə bildirib və yazıçıya fəaliyyətində uğurlar arzulayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png